İçeriğe geçmek için "Enter"a basın

Dəhşətli yanğın faktını 50-yə yaxın müstəntiq araşdıracaq

16-04-2019

[r32]
Prokuror: “Hadisənin səbəbini üzə çıxarmaq üçüm bütün metodlardan istifadə olunacaq”
2019-04-16T16:50 xeber -“Parisdə “Notr-Dam-de-Pari” kilsəsində baş verən yanğını, təxminən 50 müstəntiq araşdıracaq”. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu prokuror Remi Eyts deyib.

“Bu dəhşətli yanğının səbəbini üzə çıxarmaq üçün bütün metodlardan istifadə olunacaq. 50-ə yaxın müstəntiq prosesə cəlb olunacaq” – deyə prokuror bildirib.

Xatırladaq ki, dünən “Notr-Dam-de-Pari” kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.


mənbə :
Sputnik

Dehsetli yangin faktini 50-ye yaxin mustentiq arasdiracaq