İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda tarixi abidələr necə qorunur və biz bu barədə nə bilirik?

16-04-2019

[r32]
Ölkəmizdə tarixi abidələrin necə qorunması və yeni arxeoloji tapıntılar barədə məlumatlar açıqlanacaq
2019-04-16T16:17 xeber – Hər il aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Azərbaycan zəngin mədəni irsə malikdir və Azərbaycan mədəniyyətinə məxsus bir çox maddi və qeyri-maddi abidələr YUNESKO tərəfindən qorunur.

YUNESKO-nun ümumdünya mədəni irs siyahısına İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına isə Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıqlar sənəti və Novruz bayramı daxil edilib.

Aprelin 17-si saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Azad Rzayev, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutun aparıcı elmi işçisi Azad Zeynalov və digər mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tədbirdə Azərbaycanda tarixi abidələrin necə qorunması və yeni arxeoloji tapıntılar barədə danışılacaq.

mənbə :
Sputnik

Azerbaycanda tarixi abideler nece qorunur ve biz bu barede ne bilirik?