İçeriğe geçmek için "Enter"a basın

Qida zəhərlənmələrinin sayı AÇIQLANDI

16-04-2019

[r32]
xeber –

2019-cu ilin yanvar-mart ayları ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 4334 müraciət daxil olub.

 

Agentliyin mətbuat xidmətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciətlərdən 89-u qida zəhərlənmələri ilə bağlı olub, həmin müraciətlərdən 41-nin qida zəhərlənməsi olduğu öz təsdiqini tapıb.

 

“Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Baş vermiş zəhərlənmə hadisələrindən 10-u botulizm zəhərlənməsi olub. Bu zaman heç bir ölüm halı qeydə alınmayıb. Zərərçəkənlər daha çox ev şəraitində düzgün konservləşdirilməyən qidalar – pomidor, xiyar turşusu və badımcan kürüsündən zəhərləniblər”, – Agentlikdən qeyd olunub.


mənbə :
Lent.az

Qida zeherlenmelerinin sayi aciqlandi