İçeriğe geçmek için "Enter"a basın

Həkim və tibb bacıları tələb olunur

16-04-2019

[r32]
Onlar Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməlidirlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sağlamlıq Mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edilir. Sputnik Azərbaycan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, işə qəbul üçün aşağıdakı tələblər qoyulub:
Təhsil/ təcrübə
– Ali təhsil (həkim-terapevt);
– Orta-ixtisas təhsili (tibb bacısı);
– İdarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı;
– Azərbaycan dilini mükəmməl bilmə;
– Kompüter bilikləri;
Vəzifə öhdəlikləri:
– Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli;
İş rejimi: 09:00-17:00
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
2019-04-16T15:38 xeber – /strong
mənbə :
Sputnik

Hekim ve tibb bacilari teleb olunur