[r32]
Maltəpə dairəsində 1089 seçki qutusundan 800-dəki səslər sayılıb İstanbul Bələdiyyəsinə keçirilən seçkilərin səs sayımı hələ də davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maltəpə dairəsində 1089 seçki qutusundan 800-dəki səslər sayılıb.
CHP-dən olan keçmiş millət vəkili Barış Yarkadaş son durum barədə öz “Twitter” hesabından paylaşım edib. Maltəpədə 1089 qutudan 800-də səs sayılması prosesinin başa çatdığını yazan Yarkadaşın sözlərinə görə, qalan 300-ə yaxın seçki qutusundakı səslərin bu gün axşam saatlarında sayılıb bitməsi gözlənilir.
Qeyd edək ki, İstanbul seçkilərində CHP-dən olan Əkrəm İmamoğlu AKP-nin namizədi Binəli Yıldırımı üstələyib. Buna etiraz edən AKP və MHP səslərin təkrar sayılmasını tələb edib. Hazırda səslərin yenidən sayılması prosesi gedir.
2019-04-14T12:47 xeber –  /strong  
mənbə :
Sputnik
Gərgin anlar yaşanan İstanbuldan son xəbər
						14-04-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
 - Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
 - Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
 - Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
 - Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib