[r32]
xeber –
Dərimizin nəmli olması, gec qırışması üçün əlimizdən gələni edirik. Lakin bəzən istədiyimiz nəticəni ala bilmirik.
Lent.az-ın məlumatına görə, buna qida rasionumuzda daim yer alan turşular da səbəb ola bilər.
Çox turşu yemək təkcə sağlamlığımıza deyil, həm də dərimizin quru olmasına gətirib çıxarır. Buna görə də yeməklərdə turşu ilə yanaşı yaşıl tərəvəzlərdən də istifadə etmək daha xeyirlidir.
Dərimizin nəmli qalmasında ağciyərimizin də rolu böyükdür. Bunun üçün təmiz havada gəzmək həm sağlamlığımız, həm də dərimiz üçün faydalıdır.
Eyni zamanda yediyimiz yağlar da bu prosesdə mühüm rol oynayır. Çünki istifadə etdiyimiz təmiz yağlar dərini daxildən qidalandırır nəmləndirir və təravətli saxlayır. Zeytun yağı, hindqozu yağı, fındıq, avokado, saf yağ və yağlı balıq bu sahədə əvəzolunmazdır.
C vitamini ilə zəngin məhsullar da dəri üçün böyük əhəmiyyət kəsb edir.
mənbə :
Lent.az