İçeriğe geçmek için "Enter"a basın

ABŞ səfiri: "Çalışacam ki, ölkələrimiz arasında təmasları daha da sıxlaşdırım"

11-04-2019

[r32]
xeber –

“Azərbaycanda olmaqdan məmnunam, şərəf hissi duyuram”.

 

ONA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.

 

Səfir bildirib ki, fəaliyyəti dövründə Azərbaycan və ABŞ arasında əməkdaşlıqda bir neçə məqsədə nail olacağına ümid edir:

 

“Bunlardan biri ABŞ-la Azərbaycan arasında artıq mövcud olan güclü ikitərəfli əlaqələri daha da gücləndirməkdir. İnsan haqları, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələri də önəmlidir. Çalışacam ki, ölkələrimiz arasında təmasları daha da sıxlaşdırım. Əlimdən gələni edəcəyəm ki, ölkələrimiz və vətəndaşlarımız arasında mübadilə artsın, onlar bir-birlərinin mədəniyyətlərini daha yaxından tanısınlar. Eyni zamanda Azərbaycanın hər yerində gənclərin ingilis dili tədrisinə çıxışının artmasına da çalışacam”.


mənbə :
Lent.az

ABS sefiri: "Calisacam ki, olkelerimiz arasinda temaslari daha da sixlasdirim"