[r32]
Komendant saatı bir ay müddətinə 22:00-dan 04:00-a qədər davam edəcək
2019-04-11T18:05 xeber – Bu gün devrilən Sudan prezidenti Omar əl-Bəşir saxlanılıb. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Sudanın müdafiə naziri Auf ibn Avad bildirib.
Xorvatiya-Nigeriya görüşü
© SPUTNİK / АЛЕКСАНДР ВИЛЬФ
Daha bir Afrika millisindən uğursuz start
“Bu rejimin rəhbərinin saxlanıldığını elan edirəm. O, təhlükəsiz yerdə saxlanılır” – deyə nazir dövlət televiziyası ilə çıxışı zamanı bildirib.
Auf ibn Avad, həmçinin ölkədə 3 ay müddətinə fövqəladə vəziyyətin və bir ay ərzində komendant saatının tətbiq olunmasını bəyan edib: “Komendant saatı bir ay müddətinə 22:00-dan 04:00-a qədər davam edəcək”.
Qeyd edək ki, bu gün Sudanda ordu hərbi çevriliş edib. Hərbçilər prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, hökumətin buraxıldığını elan ediblər.
Xatırladaq ki, 75 yaşlı Ömər əl-Bəşir 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir. 2018-ci ilin dekabrından əhali onun istefası tələbi ilə etiraz aksiyalarına başlayıb.
mənbə :
Sputnik