İçeriğe geçmek için "Enter"a basın

"Belə bir tapşırıq verilməyib" - Təhsil Nazirliyi

11-04-2019

[r32]
xeber –

Təhsil Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə yer alan xəbərlərə münasibət bildirib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ONA-ya bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.

 

C. Valehov Təhsil Nazirliyi tərəfindən bununla bağlı məktəblərə hər hansı tapşırığın verilmədiyini də qeyd edib.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində 162 nömrəli məktəbin VIII sinif şagirdinin intiharından sonra Təhsil Nazirliyi tərəfindən bütün məktəblərə qeyri-rəsmi formada yuxarı mərtəbələrin pəncələrinə dəmir barmaqlıqların quraşdırılması barədə tapşırıq verildiyi barədə məlumatlar yer alıb.

mənbə :
Lent.az

"Bele bir tapsiriq verilmeyib" – Tehsil Nazirliyi