[r32]
“Yaxın aylarla bağlı proqnozları müsbət qiymətləndirmək olar” – Natiq Cəfərli Xəbər verdiyimiz kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib. Bazarda bahalaşmaya səbəb olan amillər isə müxtəlif səbəblərdən qaynaqlanır. Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bazarda bahalaşmaya səbəb olan bu amillərdən danışıb: “Bu gün Azərbaycanda qiymətlərə təsir edən əsas amillərdən biri də saxlanma kameralarının olmaması, infrastrukturun zəifliyi ilə bağlıdır. Hər il noyabrın sonlarından etibarən yerli məhsulların bazarda azalması qiymətlərə təsir edən amillərdəndir. Bundan başqa yerli məhsulların ixaracata yönəldilməsi daxili bazarda defisitə, təkliflərin azalmasına səbəb olur”.
İqtisadçının sözlərinə görə, bu amillərdən asılı olaraq yay aylarınadək hər il qiymtəlrəin qalxdığı müşahidə edilir. Lakin N.Cəfərli yaxın aylarla bağlı pozitiv proqnoz verib: “Yaxın aylarla bağlı proqnozları müsbət qiymətləndirmək olar. Çünki mövsümü xarakterli səbəblərə görə, bir neçə aydan sonra yerli məhsulların bazara daha çox çıxması qiymətlərin tənzimlənməsinə təsir edəcək”.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb. Soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.
2019-04-10T20:30 xeber – /strong
mənbə :
Sputnik
Azərbaycanda bazarda bahalaşmaya səbəb olan amillər açıqlandı
10-04-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib