[r32]
Ərdoğan FETÖ həbsləri barədə danışıb
2019-04-10T19:42 xeber – Türkiyədə hazırda 30 min 559 FETÖ-cu həbsxanadadır. Sputnik Azərbaycan “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Hazırda həbsxanalarda 30 min 559 min FETÖ-çu var. Çevriliş cəhdi edənlərə bütün dünyanı dar edən bütün polislərə təşəkkür edirəm”, – deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, bu günə qədər hüquq-mühafizə orqanları sıralarından çıxarılanların sayı 31 mini keçib: “Ordu içərisindən xaric edilənlərin sayı 15 mini, məhkəmə orqanlarından xaric olunanların sayı 4 minin üzərindədir. Ölkəmizə edilən bu xəyanəti buraxmayacağıq. Dövlətimizi bundan tamamilə qurtarana qədər bizə haramdır”.
mənbə :
Sputnik