İçeriğe geçmek için "Enter"a basın

Nazarbayevin qızı prezident seçkiləri ilə bağlı qərar qəbul edib

09-04-2019

[r32]
Senatın spiker aparatının katibliyinin rəhbəri verilən qərarı açıqlayıb Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva növbədənkənar prezident seçkilərində namizəd olmayacaq. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Xeyr, Dariqa Nursultanova namizəd olmağa hazırlaşmır” – deyə Senatın spiker aparatının katibliyinin rəhbəri Saul Mustafayev bildirib.
Ölkənin birinci prezidentinin qızı Dariqa Nazarbayeva martın 20-də Qazaxıstan Senatının yeni spikeri seçilib.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Kasım-Comart Tokayev xalqa müraciətində bildirib ki, iyulun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib. Ölkənin yeni prezidenti parlamentin yuxarı palatasını sədri Kasım-Comart Tokayev olub. Ölkədə prezidentin səlahiyyət müddəti 2020-ci ildə başa çatır.
2019-04-09T21:40 xeber – /strong
mənbə :
Sputnik

Nursultan Nazarbayevin qizi prezident seckileri ile bagli qerar qebul edib