İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda 6 partiyanın sədri vəfat edib - MSK

09-04-2019

[r32]
xeber –

“Azərbaycanda 55 siyasi partiya var, 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyib”.

 

ONA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov komissiyanın bu gün keçirilən iclasında deyib.

 

M.Rəhimov bildirib ki, həmin partiyaların 6-nın sədri dünyası dəyişib. Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb.

 

M.Rəhimov qeyd edib  ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.

mənbə :
Lent.az

Azerbaycanda 6 partiyanin sedri vefat edib – MSK