İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı idmançı Avropa Çempionatının qızıl medalını qazanıb

09-04-2019

[r32]

Finalda Həsənovun rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedov olacaqdı, lakin zədəli olduğu üçün həkimlər idmançının yarımfinalda həlledici görüşə çıxmasına icazə verməyiblər

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının finalında Azərbaycan yığma komandasının 79 kq çəki dərəcəsində olan sərbəst güləşçisi Cəbrayıl Həsənov qızıl medal qazanıb
2019-04-09T16:53 xeber -Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatının finalında Azərbaycan yığma komandasının 79 kq çəki dərəcəsində olan sərbəst güləşçisi Cəbrayıl Həsənov qızıl medal qazanıb.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Güləş Federasiyasının saytında məlumat yerləşdirilib. Finalda Həsənovun rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedov olacaqdı. Zədəli olduğu üçün həkimlər idmançının yarımfinalda həlledici görüşə çıxmasına icazə verməyiblər. Nəticədə Həsənov qızıl medal əldə edib, Hacımaqomedov isə gümüş medalla kifayətlənməli olub.

Həsənov Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanan üç azərbaycanlı güləşçidən biridir. Qitə çempionatında medal uğrunda Azərbaycandan, həmçinin Ağahüseyn Mustafayev (70 kq çəki dərəcəsində) və üçqat dünya çempionu Hacı Əliyev (56 kq çəki dərəcəsində) yarışırlar.

mənbə :
Sputnik

Azerbaycanli idmanci Avropa Cempionatinin qizil medalini qazanib