İçeriğe geçmek için "Enter"a basın

Vətəndaşların əsas narahatlıqlarından birinə aydınlıq gətirildi

09-04-2019

[r32]
“Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-də olan rəqəmlərdən fərqli məlumatlar var”
2019-04-09T16:12 xeber – “Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşların bəziləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istəyərkən onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır. Son günlər bizə olan müraciətlərdə bunun səbəbi və nə zaman dəqiqləşdirmənin başa çatacağı soruşulur. Əvvəlla, bu, heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu iqtisadçı-alim Vüqar Bayramov “Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar.

Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlar ilə Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-də olan rəqəmlərdən fərqli məlumatlar var” – ekspert bildirib.

Bayramov əlavə edib ki, devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də, yaradılan Palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər: “Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, bütün siyahılar sənəddə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu, o deməkdir ki, belə mesaj alan vətəndaşlarımız ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək. Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”.


mənbə :
Sputnik

Vetendaslarin esas narahatliqlarindan birine aydinliq getirildi