İçeriğe geçmek için "Enter"a basın

Evində meyiti tapıldı

09-04-2019

[r32]
xeber –

Bakıda bağlı qapı arxasında qalan şəxsin meyiti aşkarlanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, əməliyyat "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasında həyata keçirilib.

 

Məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Cəfərov Müseyib Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


mənbə :
Lent.az

Evinde meyiti tapildi