İçeriğe geçmek için "Enter"a basın

"Bu direktor olmasaydı..." - Deputat məktəbli qızın intiharından YAZDI

09-04-2019

[r32]
xeber –

Milli Məclisin üzvü Fazil Mustafa Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş intihar hadisə ilə bağlı yazdı. Lent.az həmin yazını təqdim edir:

 

 – Məktəbli qızın ölümü barədə yazıları oxudum. 14 yaş özlüyündə psixoloji dəyişimin ən sərt qaydalarını uşaqlara yoluxdurur. Sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyl… Doğrudur, günahkar kimdir sualının cavabını hüquqi anlamda istintaqın gedişi söyləyə bilər. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil. Əlbəttə, dünyagörüşü məhdud bir direktorun ifadələri "günah keçisinin" varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, ancaq yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi?

mənbə :
Lent.az

"Bu direktor olmasaydi…" – Deputat mektebli qizin intiharindan yazdi