İçeriğe geçmek için "Enter"a basın

İntihar baş verən məktəbin direktoru İŞDƏN ÇIXARILDI

08-04-2019

[r32]
xeber –

Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə  istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini  təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.

 

Məlumata görə, məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

 

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunduğu kimi  Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.

 

Aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə  məlumat veriləcək.


mənbə :
Lent.az

İntihar bas veren mektebin direktoru isden cixarildi