İçeriğe geçmek için "Enter"a basın

Bakıda maraqlı olay: Polis ərəb turistin pulunu geri qaytardı

08-04-2019

[r32]
Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib
2019-04-08T17:38 xeber – Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantasını qısa zamanda taparaq sahibinə qaytarıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Aprelin 7-də saat 21:25 radələrində Su Nəqliyyatında Polis İdarəsinə Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni tərəfindən zəng daxil olub. Həmin şəxs müraciətində Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib.

Məlumat İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərilib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb. Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.


mənbə :
Sputnik

Bakida maraqli olay: Polis ereb turistin pulunu geri qaytardi