[r32]
xeber –
Xəbər verdiyimiz kimi, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib.
Buna səbəb kimi əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi olub.
Bildirilir ki, Rüfət Axundov fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları bağlamağı unudub. Həmin an Rəşad və Rüfət qeyri-etik ifadələr işlədib və həmin səs efirə gedib.
Lent.az bildirir ki, Rüfət Axundov sosial şəbəkədə video görüntü yayaraq bunun montaj olduğunu iddia edib. “Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mən mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun” deyə, sənətçi açıqlamada yayıb. O daha sonra verilişdəki videonu yayımlayaraq, söyüşlərin montaj olduğunu iddia edib.
mənbə :
Lent.az