İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə hakim partiyanın mövqeyi niyə zəifləyib - politoloq şərh edir

06-04-2019

[r32]
Politoloq Tofiq Abbasov deyir ki, ölkədə işsizliyin və inflyasiyanın artımı seçilərin etimadını azaldır
2019-04-06T16:57 xeber – “Türkiyədə hakim partiyanın seçkilərdə göstəridiyi nəticələr ölkədə son zamanlar
yaşanan iqtisadi durumla bağlıdır”
. Bunu Sputnik Azərbaycan-a Türkiyədə keçirilən bələdiyyə seçkiləri haqqında danışarkən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, ölkədə işsizliyin və inflyasiyanın artımı hakim partiyanın mövqelərini zəiflətmə yanaşı, sıravi seçicilərdə olan etimadı da azaldır: “Bu nəticələr çox önəmlidir. Çünki yaradıcı qüvvələr, sənaye böyük şəhərlərdə formalaşıb. Belə yerlərdə texnokratların güclü olması ideoloji vektoru zəiflədir və orada işgüzarlıq amili önəmli rol oynayır. Müxalifət isə hazırki nəticələrdən məmnundur və çalışacaq ki, mövqelərini daha da gücləndirsin”.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkənin əsas şəhərlərində məğlubiyyətlə üzləşib.


mənbə :
Sputnik

Turkiyede hakim partiyanin movqeyi niye zeifleyib?