İçeriğe geçmek için "Enter"a basın

Bakının bu ərazisində 1500 badam ağacı əkildi

06-04-2019

[r32]
xeber –

Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirilib ki, aksiyada  Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib.
“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.

Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirlik hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.
mənbə :
Lent.az

Bakinin bu erazisinde 1500 badam agaci ekildi