İçeriğe geçmek için "Enter"a basın

Səudiyyə kralı İraqa 1 milyard dollar hədiyyə edib

04-04-2019

[r32]
İraqda Səudiyyə Ərəbistanının puluna 100 min tamaşaçılıq stadion tikiləcəyi haqqında xəbər keçən ilin martında açıqlanmışdı
2019-04-04T09:18 xeber – Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud İraqa bir milyard dollar hədiyyə edib.

ONA-nın xəbərinə görə, vəsait Bağdadda idman şəhərciyinin tikintisinə xərclənəcək.

Səudiyyə Ərəbistanının ticarət və sərmayələr naziri Məcid əl-Kasabi İraq prezidenti Bəhram Salehin Ər-Riyada səfəri zamanı ona kralın hədiyyəsi haqqında məlumat verib.

İraqda Səudiyyə Ərəbistanının puluna 100 min tamaşaçılıq stadion tikiləcəyi haqqında xəbər keçən ilin martında açıqlanmışdı.


mənbə :
Sputnik

Seudiyye krali İraqa 1 milyard dollar hediyye edib