İçeriğe geçmek için "Enter"a basın

Beyini kiçildən, unutqanlıq yaradan SƏBƏB

31-03-2019

[r32]
xeber –

Orqanizmdə piylənmə səviyyəsi artdıqca beyin kiçilir.

 

Bunu Türk Nevroloji Dərnəyinin baş katibi, professor Demet Özbabalık Adapınar deyib. O, beyinin kiçilməsinə, unutqanlığa səbəb olan qidaları və vərdişləri açıqlayıb.

 

Alimin sözlərinə görə, qarın bölgəsində piylənmə olan şəxslər beyin xəstəlikləri baxımından risk altındadırlar. Yaşlanma, şəkər qəbulu, yanlış qidalanma, piylənmə, siqaret, alkoqol beyini kiçildən amillərdən sayılır.

 

Mütəxəssis hesab edir ki, son illərdə beyin sağlamlığı və qidalanma ilə bağlı fərqli məlumatlar ortaya çıxıb. Bir şəxsin nevroloji xəstəliklərə tutulmaması üçün əməl etməsi vacib olan qaydalar artıq çox dəqiqləşib. Məsələn, onlardan biri də karbohidrat, doymuş yağ, marqarin, şəkər istifadəsini minimuma endirməkdir.

 

Bir şəxsin bədən kütlə indeksi normadan artıq olanda hüceyrələrə mənfi yönlü siqnallar gedir və həmin şəxsin hansı nevroloji xəstəliyə uyğunluğu varsa, ona da tutula bilir.

 

Ziyanlı yağlar ən çox bel nahiyəsində toplanır. Bu, həmin bölgədə olan orqanlar, o bölgəyə yaxın olan ürəyə də çox ziyanı var. Ürəyə ziyanı olan hər şey beyinə də ziyandır.

 

Mənfi yağlar təkcə marqarin yemək nəticəsində yaranmır, eləcə də yanlış qidalanma sayəsində ortaya çıxır. “Fast food” qidalar, çips, biskvit də buraya aiddir.

 

D. Adapınar bildirib ki, risklərdən uzaq olmaq üçün şəkər və karbohidratdan mümkün qədər kənarlaşmaq, onları yalnız əlamətdar günlərdə yeməyi vərdiş halına salmaq lazımdır.

 

Mütəxəssis qeyd edib ki, qidalara vurulan ləzzət artıran maddələr həmin qidalardan asılılıq yaradır. Hətta qəhvənin tərkibində bu maddə var.

 

“Yanlış qidalanma hansı beyin xəstəliklərinə səbəb olur”, sualına gəlincə, mütəxəssis buraya damar tıxanmalarını, sinir iltihabını, alzheimer, demans kimi problemləri misal çəkib.

 

Beyini kiçildən faktorlar sırasında stress ön sırada gəlir. Xüsusilə uzun zaman davam edən stresslər, hər hansı problemdən çıxış yolunu tapa bilməmək riskli sayılır.

 

Eləcə də insanın hər hansı hobbisinin olmaması, daim qapalı olmaq, idmanla məşğul olmamaq risk faktorlarından biridir.

 

Qeyd olunur ki, idman, incəsənətlə məşğul olmaq beyini qoruyur.

 

Beyini kiçilmədən, xəstəliklərdən qorumaq üçün nələri yemək lazımdır?

 

Bu sırada noxud, mərcimək, təbii yolla becərilən taxıl məhsulları, meyvə-tərəvəzlər xüsusi olaraq vurğulanır. Həftədə ən azı üç dəfə quru meyvə, fındıq, qoz, badam yemək tövsiyə olunur. Bundan başqa, nar, yerkökü, çəyirdəkləri ilə bərabər qara üzüm yemək faydalı sayılır.

 

Üzüm çəyirdəyi beyin sağlamlığı, orqanizmdə olan ziyanlı maddələrin təmizlənməsi baxımından çox önəmlidir.

 

Bundan başqa, D vitamini mənbəyi olan süd, qatıq, pendiri də rasiondan əskik etmək olmaz.

 

O da bildirilir ki, beyini qorumaq üçün çox filmə baxmaq, dil öyrənmək lazımdır…

 

E-tibb.az

mənbə :
Lent.az

Beyini kicilden, unutqanliq yaradan sebeb