İçeriğe geçmek için "Enter"a basın

“Diqlas”dakı yanğında zərərçəkənlərin DİNDİRİLMƏSİNƏ BAŞLANILDI

28-03-2019

[r32]
xeber –

“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkən sahibkarların dindirilməsinə başlanılıb.

 

ONA-nın məlumatına görə, bu gün zərərçəkən sahibkarlar Bakı şəhəri Nizami rayon Prokurorluğuna dəvət olunublar. Prokurorluqda sahibkarlara dəymiş zərər və digər məsələlərlə bağlı suallar ünvanlanıb.

 

Hazırda zərərçəkənlərin dindirilməsi prosesi davam etdirilir.  

 

Qeyd edək ki, Baş Prokurorluq “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

 

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

 

Hazırda cinayət işi üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha – 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.


mənbə :
Lent.az

“Diqlas”daki yanginda zerercekenlerin dindirilmesine baslanildi