İçeriğe geçmek için "Enter"a basın

"Şirkətə kredit Cahangir Hacıyevin tapşırığı ilə ayrılırdı" - MİLYARDLIQ MƏHKƏMƏ

28-03-2019

[r32]
xeber –

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ruslan Əlixanov ifadə verib. 

 

Şahid bildirib ki,  2007-2016-ci illərdə "General Construction" şirkətində mühasib və aparıcı mühasib vəzifəsində işləyib: 

 

 "Sənədlərdə Camal Həsənov şirkətin rəhbər idi, amma işlərə Dünyamin Xəlilov nəzarət edirdi. Banka kredit sənədlərin hazırlanıb aparılmmasına baxırdım. Təqsirləndirilən şəxslərin bir çoxunu tanıyıram, onlar keçmiş iş yoldaşlarım olub. Şirkətlərin ayrı-ayrı mühasibləri olub. Mən 900 manat maaş alırdım".

 

R.Əlixanov qeyd edib ki, şirkətdə imza hüquqi olmayıb:  "Həmin vaxt mərhum Ratmir Bəkirov banka gedə bilmirdi. Ona görə də banklara mən gedib sənədləri təqdim edirdim. Həmin pullar da şirkətə verilirdi. Banka getməyimi Dünyamin Xəlilov göstəriş vermişdi".

 

Şahid qismində ifadə verən Tahir Balaqadaşov isə qeyd edib ki,  2012-ci ilə qədər Beynəlxalq Bankda çalışıb: 

 

"Akif Əliyevin göstərişi ilə Dünyamin Xəlilovun şirkətinə 1.5 milyon manatlıq kredit verildi.  Kreditin təyinatı yox idi. Bu barədə Akif Əliyevdən soruşanda bildirdi ki, Dünyamin Xəlilovun nəzarətində olan şirkətə ayrılan kredit Cahangir Hacıyevin tapşırığıyladı. Mən də onun göstərişini əməl etmişəm".

 

Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.


mənbə :
Lent.az

"Sirkete kredit Cahangir Haciyevin tapsirigi ile ayrilirdi"