İçeriğe geçmek için "Enter"a basın

Dərmanları açandan sonra nə vaxt atmaq lazımdır? – Pediatrdan XƏBƏRDARLIQ

26-03-2019

[r32]
xeber –

Suspenziya halda olan preparatlar yəni siroplar açıldıqdan 1 ay sonra atılmalıdır.

Bunu pediatr, uzman həkim Altay Abdullaoğlu bildirib. Onun sözlərinə görə, saxlanma müddəti keçməsə də, bu dərmanları saxlamaq düzgün deyil: “Toz dərmanlar isə daha qısa müddət saxlanılır. Toz halında olan dərmanlar ağzı açılıb sulandırıldıqdan 2 həftə sonra atılmalıdır. Çünki belə saxlanmış dərmanların təsir effekti azalmaqla bərabər, uşaqlara zərər də verə bilər. Bu cür dərmanlar uzun müddət qalarsa istifadə etməyin”.

Həkim qeyd edib ki, istənilən sirop açıldıqdan sonra sərin, quru və uşaqların əli çatmayan yerdə mühafizə olunmalıdır: “Ümumiyyətlə, antibiotiklər də daxil olmaqla dərmanları açdıqdan sonra 7-10 gündən artıq saxlamaq yolverilməzdir. Lakin bəzi istisnalar da var. Bu istisnalar ümumi qaydaya zidd deyil. Yəni bəzi dərmanları həkim göstərişi ilə daha uzun müddət saxlaya bilərsiniz”.

 

e-tibb.az


mənbə :
Lent.az

Dermanlari acandan sonra ne vaxt atmaq lazimdir? – Pediatrdan xeberdarliq