İçeriğe geçmek için "Enter"a basın

Ticarət mərkəzində yanğının ətrafa yayılmasının və açıq alovun qarşısı alınıb - YENİLƏNİB-3 - VİDEO

26-03-2019

[r32]
xeber –

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

FHN-dən ONA-ya verilən məlumata görə, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Əlavə məlumat veriləcək.

***

11:51

 

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Əlavə məlumat veriləcək

 

***

10:00

Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

Lent.az-ın məlumatına görə, bu barədə FHN mətbuat xidməti açıqlama yayıb.

 

***

09:44

Bakıda "Diqlas" ticarət mərkəzi yanır.

 

ONA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin"112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

 

 


mənbə :
Lent.az

Ticaret merkezinde yanginin etrafa yayilmasinin ve aciq alovun qarsisi alinib – Yenilenib – Video