[r32]
xeber –
Yaş irəlilədikcə beyin sağlamlığı geriləməyə başlayır. Beyin sağlamlığımızı qorusaq, bədənimiz və ruhumuz da sağlam olar. Bəs bunu necə edə bilərik? E-tibb.az beyin sağlamlığını qoruyacaq və unutqanlığın qarşısını almağa kömək edəcək beyin məşqlərini diqqətinizə çatdırır.
– Evə gedərkən həmişəki yolla getməyin, fərqli yollardan istifadə edin.
– Bir şeyi unutmamaq üçün ucadan bir neçə dəfə təkrar edin.
– Nəsə oxuduğunuz zaman eyni anda musiqi də dinləyin.
– Krossvord həll edin və ya puzzle yığın.
– Eyni anda həm beyninizi, həm də bədəninizi çalışdıracaq idmanla məşğul olun.
– Xarici dil öyrənin.
– Qoxu və dad kimi duyğular beyini gücləndirir. Odur ki, başqa ölkənin mətbəxini öyrənmək üçün yemək kursuna gedin.
– Tamamilə səssiz bir ortamda meditasiya edin.
– Nəyisə xatırlayıb, yadınızda saxlamaq istədiyiniz zaman onu vizual görüntülərlə ağlınızda canlandırın.
– Hər gecə yaxşı yatmağa çalışın. Sağlam yuxu beynin qidasıdır.
mənbə :
Lent.az