[r32]
  xeber –  
Gəncə şəhərinin Nizami rayonu ərazisində 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan R.Tağıyev saxlanılıb.
                              mənbə : 
Lent.az