İçeriğe geçmek için "Enter"a basın

Müllerin araşdırması Trampın Rusiya ilə sözləşməsini aşkar etməyib

25-03-2019

[r32]

25 Mart, 2019  00:45 xeber – ABŞ-ın xüsusi prokuroru Robert Müller Moskva ilə Donald Trampın seçki qərargahı arasında sözləşmənin olmadığını təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Robert Müller tərəfindən aparılan araşdırmanın yekunu üzrə hazırlanan hesabatda qeyd olunub.

Bu sənəddə öz əksini tapan əsas fikirləri bazar günü eyni zamanda Baş Prokurorluq funksiyasını yerinə yetirən ABŞ-ın Ədliyyə Nazirliyi dərc edib.

Ədliyyə naziri Uilyam Barr bu fikirləri özündə əks etdirən məktubu Konqresin Senat və Nümayəndələr Palatasının hüquq komitələrinin rəhbərlərinə göndərib.

“Xüsusi prokurorun araşdırması zamanı əldə edilən sübutlar prezidentin cinayət törətməsi və ədalət məhkəməsinə maneəçilik etməsini müəyyənləşdirmək üçün yetərsizdir”, – deyə məktubda qeyd olunub.

Sənəddə bildirilir ki, “araşdırma Trampın seçki kampaniyası iştirakçılarının Rusiya ilə sözləşməyə girməsi və ya müdaxilə üzrə hərəkətləri əlaqələndirməsini aşkar etməyib”.

mənbə :
Report.az

Mullerin arasdirmasi Donald Trampin Rusiya ile sozlesmesini askar etmeyib