[r32]
xeber –
Böyük Britaniyanın paytaxtı Londonda 1 milyondan artıq insanın iştirakı ilə marş keçirilir.
Bu barədə marşın təşkilatçısı “People’s Vote” qrupu öz “Twitter” hesabında yazıb.
Məlumatda deyilir: “Bu gün bütün ölkədən toplaşan bir milyon insana təşəkkür edirik”.
Qeyd edək ki, aksiya iştirakçıları Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə ikinci referendumun keçirilməsini tələb edirlər.
(Trend)
mənbə :
Lent.az