İçeriğe geçmek için "Enter"a basın

'Boeing'in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşıb

23-03-2019

[r32]

23 Mart, 2019  21:51 xeber – ABŞ-ın “Boeing” korporasiyasının bazar dəyəri martda “Boeing 737 MAX” tipli sərnişin təyyarəsinin Efiopiyada qəzaya uğramasından sonra 40 milyard dollardan çox ucuzlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü CNN teleşirkəti məlumat yayıb.

Məlumata görə, “Boeing” səhmlərinin məzənnəsi bu ay demək olar ki, 18 faiz aşağı düşüb. Bu o deməkdir ki, korporasiya qiymətli kağızlarının məcmu dəyəri 40 milyard dollardan çox ucuzlaşıb. “Boeing”in ötən il verdiyi hesabatda isə onun məhsullarının satış həcminin 100 milyard dolları ötdüyü bildirilir.

mənbə :
Report.az

‘Boeing’in sehmleri 40 mlrd. dollardan cox ucuzlasib