İçeriğe geçmek için "Enter"a basın

Kürdəmirdə piyadanı maşın vurub, sürücü qaçıb

22-03-2019

[r32]

22 Mart, 2019  21:16 xeber – Kürdəmir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü yerli sakin Əmirov Elmurad Elgün oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. O, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qazaxda yol qəzası baş verib. hadise/qazaxda-yol-qezasi-bas-verib/”>baş verib.

mənbə :
Report.az

Kurdemirde piyadani masin vurub, surucu qacib