İçeriğe geçmek için "Enter"a basın

Paytaxtın mərkəzində köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

22-03-2019

[r32]
Xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
2019-03-22T21:24 xeber – /strong
mənbə :
Sputnik

Paytaxtin merkezinde komeksiz veziyyetde qalan sexs xilas edilib