İçeriğe geçmek için "Enter"a basın

Litvada mülki vertolyot qəzaya uğrayıb

22-03-2019

[r32]

22 Mart, 2019  21:09 xeber – Cümə günü Litvada mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Şyəuləy qəza polis komisarlığının nümayəndəsi Qaylute Smaqrünene bildirib.

“Yonişkski rayonunun Barisyay qəsəbəsinin mülki aerodromunda uçuş zamanı iki yerlik vertolyot qəzaya uğrayıb və təqribən 50 metrdən yüksəklikdən yerə düşüb”, – deyə o söyləyib.

Bu, yerli həvəskarlar tərəfindən əldə edilən özəl uçan aparat olub.

mənbə :
Report.az

Litvada mulki vertolyot qezaya ugrayib