İçeriğe geçmek için "Enter"a basın

ABŞ rəsmisi: “F-35”lərin Türkiyəyə tədarükü yaxın zamanda təxirə salına bilər

21-03-2019

[r32]
ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik işləri üzrə müavini Keti Uilbarger Rusiyadan S-400 almasına cavab olaraq Türkiyəyə F-35 qırıcılarının tədarükünün yaxın zamanda dondura biləcəklərini açıqlayıb. 
Sputnik Azərbaycan “Haberler”ə istinadla xəbər verir ki, S-400 hava müdafiə sistemləri ilə bağlı Türkiyə ilə ABŞ arasında böhran davam edir. ABŞ-ın “F-35″lərin Türkiyəyə tədarükünə hazırlıqları dayandıra biləcəyi bildirilib.
Keti Uilbarger deyib: “S-400 bir kompüterdir, F-35 də bir kompüterdir. Kompüterinizi düşmən kompüterinə bağlamazsınız. Edəcəyimiz şey təməldə bu olacaq”. O, detallara dair məlumat verməyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə “S-500” zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, “S-400” zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz. 
“Hər şey razılaşdırılıb – kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz “S-400”-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, “S-400”-lərdən sonra biz “S-500″-lərlə bağlı variantları nəzərdən keçirdik” – Ərdoğan bildirib.Xatırladaq ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan “S-400” alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb. 
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan “S-400” almasına münasibət bildirib. O, ABŞ-ın “S-400” məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib. 
“Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün “Patriot” və digər sistemləri təklif edirik. Türkiyənin “S-400” alması Ankaranın “F-35″ qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək” – amerikalı sözçü vurğulayıb.
2019-03-21T19:06 xeber – /strong
mənbə :
Sputnik

ABS resmisi: “F-35”lerin Turkiyeye tedaruku yaxin zamanda texire salina biler