İçeriğe geçmek için "Enter"a basın

Zərdabda iki oğurluq hadisəsi baş verib

21-03-2019

[r32]

21 Mart, 2019  16:15 xeber – *** 16:15

Zərdab rayonunda iki oğurluq hadisəsi baş verib.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisənin biri rayon mərkəzində, digəri isə rayonun Məlikli kəndində qeydə alınıb.

Belə ki, Zərdab rayon sakini Mehriban Rəsulova DİN-in “102 zəng mərkəzi”nə məlumat verərək və ərizə ilə Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək həmin gün saat 21 radələrində yaşadığı ünvana gələrkən evindən 9850 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Dərhal Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edib ki, oğurluğu Zərdab rayon sakini, zərərçəkənin qonşusu Azad Ağaisa oğlu İsmayılzadə törədib. Həmin tarixdə Mehriban Rəsulovanın əmlakının oğurlanması faktına görə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlanıb. RPŞ-nin əməkdaşları tərəfindən qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb və təqsirləndirilən Azad İsmayılzadənin digər analoji cinayət törədib-törətməməsi araşdırılır.

Bundan başqa, martın 20-də Zərdab rayon Məlikli kənd sakini Cavanşir Teymurlu DİN-in “102 zəng mərkəzi”nə məlumat verərək qardaşının evindən 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Məlumatla əlaqədar Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, zərərçəkənin qardaşı Cahangir Teymurlu saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi baslanilib, istintaq davam etdirilir.


mənbə :
Report.az

Zerdabda iki ogurluq hadisesi bas verib – Video