İçeriğe geçmek için "Enter"a basın

İstanbul şəhərindəki “Topkapı kültür parkı”nda Novruz bayramı təntənəli şəkildə qeyd olunub

21-03-2019

[r32]

21 Mart, 2019  15:33 xeber – Bu gün türk dünyasının ortaq və qədim bayramı olan Novruz İstanbulda 9 ölkənin evi sayılan “Topkapı kültür parkı”nda təntənəli şəkildə qeyd olunub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və digər türk dövlətlərinin baş konsulları, İstanbul Valisinin müavini İsmail Gültekin və Türkiyədə yaşayan türk cumhuriyyətlərindən olan vətəntaşlar iştirak ediblər. Çıxışlarda bolluq, bərəkət rəmzi olan Novruzun bütün türk dünyasına firavanlıq gətirməsi arzulanıb.

Bayraqlara və milli libaslara bürünmüş gənclər tonqalların üstündən tullanıb, Novruz təamlarından dadıblar.

Çıxışlardan sonra Qırğızıstan, Türkmənistan, Azərbaycan və digər türk cumhuriyyətlərinin xalq mahnıları ifa olunub, milli rəqsləri nümayiş etdirilib.

Novruz şənliyində Türkiyənin xalq sənətçisi Esat Kabaklı geniş konsert proqramı ilə çıxış edib. Novruzun simvolu olan dəmirdöymə, yumurta döyüşdürmə oyunları oynanılıb.

Tədbir iştirakçıları “Topkapı kültür parkı”nda yer alan ölkələrin evlərini gəzib, onların milli adət-ənənələri ilə tanış olub, Novruz şirniyyatlarından dadıblar. Azərbaycan evinə gələn qonaqlar şəkərbura və paxlavanın dadına baxıb, ölkəmizə bayram təbriklərini göndəriblər.

mənbə :
Report.az

İstanbul seherindeki “Topkapi kultur parki”nda Novruz bayrami tenteneli sekilde qeyd olundu