[r32]
21 Mart, 2019 14:55 xeber – Amerikanın nəhəng şirkəti “Citigroup” Venesuelanın ödənilməmiş kreditini bağlamaq üçün onların təqdim etdiyi qızılı satacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 1,6 mlrd. dollar məbləğində kreditdən gedir.
Venesuela hökuməti martın 11-ə qədər 1,1 mlrd. dollar məbləğində kreditin birinci hissəsini geri qaytarmalı idi.
Xatırladaq ki, xarici KİV-lərdə Türkiyə şirkətinin Venesuela prezidenti Nikolas Maduroya ölkədən 900 mln.dollar həcmində qızıl çıxarmasına köməklik etməsi ilə bağlı məlumatlar yayılmışdı.
mənbə :
Report.az