İçeriğe geçmek için "Enter"a basın

Göyçayda gənc oğlan başına ağac budağı düşməsi nəticəsində ölüb - FOTO

20-03-2019

[r32]

20 Mart, 2019  23:08 xeber -Göyçay rayonunda yerli sakinin başına ağac budağı düşüb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında şəhərin mərkəzi N.Nərimanov küçəsində baş verib.

1996-cı il təvəllüdlü şəhər sakini Akif Kərimov yol kənarındakı piyada zolağı ilə gedərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qoparaq onun başına düşüb. Ağır kəllə-beyin travması alaraq huşunu itirən A.Kərimov ətrafdakıların köməkliyilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az

Goycayda genc oglan basina agac budagi dusmesi neticesinde olub