[r32]
Novruz bayramını İçərişəhərdə qarşılamaq ənənəyə çevrilib desək, yanılmarıq. Yağışa, küləyə baxmayaraq Bakı sakinlərinin bayramı necə qarşıladıqlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.
2019-03-20T17:04 xeber – Novruz bayramını İçərişəhərdə qarşılamaq ənənəyə çevrilib desək, yanılmarıq. Yağışa, küləyə baxmayaraq Bakı sakinlərinin bayramı necə qarşıladıqlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.
İçərişəhərdə Qoşa Qala meydanında keçirilən bayram şənliyində qonaqlar Kosa və Keçəllə o ki var rəqs etdilər, isti içkilərin və Novruz şirniyyatlarının dadına baxdılar, ən önəmlisi isə, soyuq havanın bayram ab-havasının korlamasına zərrə qədər icazə vermədilər. Sputnik Azərbaycan-ın çəkiliş komandası isə onlara qoşulmağı özünə borc bildi.
Qeyd edək ki, “Bahar Qalası” Novruz bayramı şənliyi “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilir və martın 26-na qədər 7 gün ərzində davam edəcək.
Read more: https://sputnik.az/video/20190320/419821009/kechelle-reqs-isti-chay-ve-bayram-ab-havasi-baki-sakinleri-novruzu-nece-qeyd-edir.html
mənbə :
Sputnik