İçeriğe geçmek için "Enter"a basın

Çörək istehsal edənlər üçün şad xəbər

18-03-2019

[r32]
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışının daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
Vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
2019-03-18T23:07 xeber – /strong
mənbə :
Sputnik

Corek istehsal edenler ucun sad xeber