[r32]
İntihar edən şəxsin maddi ehtiyacı və ya pul borcu olduğuna dair ehtimal yoxdur Azərbaycan paytaxtının mərkəzində mənzil-tikinti kombinatının (MTK) komendantı intihar edib. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Hadisə ötən gün saat 13:30-da “Rahatlıq” MTK-nın Sarabski küçəsi, 16 ünvanındakı yeni tikilən binasında baş verib. Burada komendant işləyən Xırdalan şəhər sakini, 34 yaşlı Dadaş Eyvazov özünü hündürdən aşağı atıb və ölüb. Nəsimi rayon Prokurorluğunda faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
İntiharın səbəbləri barədə hələlik heç nə məlum deyil. Əldə etdiyimiz məlumatlara görə, Eyvazovun heç bir maddi sıxıntısı olmayıb və buna görə də istintaq onun nağd pul borcu olduğuna dair ehtimalı dərhal kənara qoyub.
2019-03-18T20:31 xeber – /strong
mənbə :
Sputnik
Bakıda şirkətin komendantı intihar edib
18-03-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib