İçeriğe geçmek için "Enter"a basın

DANX reyd keçirib, 10 sürücü cərimələnib - VİDEO

18-03-2019

[r32]

18 Mart, 2019  15:13 xeber – Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qax rayonunda qeyri-qanuni sərnişin daşıyan sürücülərə qarşı reyd keçirib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhərdaxili küçələrdə və şəhərin giriş hissələrində postlar qurulub, qeyri-qanuni yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib.

DANX-ın baş mütəxəssisi Tural Əhmədov “Report”a bildirib ki, reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, 10 sürücü haqqında isə müvafiq tədbirlər görülüb: “Reyd sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır. Reydlər davam edəcək”.
mənbə :
Report.az

DANX reyd kecirib, 10 surucu cerimelenib – Video