İçeriğe geçmek için "Enter"a basın

Yerevanda etirazlar davam edir

18-03-2019

[r32]
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
2019-03-18T14:43 xeber – Qazlı içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri bu gün səhər saatlarından etibarən Ermənistanın hökumət binası qarşısında toplaşaraq yenidən etiraz aksiyası keçirirlər. Sputnik Ermənistan xəbər verir ki, etirazçılar Vergilər Məcəlləsində nəzərdə tutulan yeni aksiz vergisinə etiraz edirlər.
Ermənistan Maliyyə Nazirliyinin Vergilər Məcəlləsinə təklif etdiyi dəyişikliklərə əsasən, hər bir litr qazlı içkiyə görə tətbiq olunan vergi 5% artacaq. Aksiya iştirakçılarının fikrincə, yeni vergi ölkədə qazlı içkilərin qiymətinin artımı ilə nəticələnə bilər.

Etirazçılar Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüş tələb edirlər. Onlar əllərində “Hökumət işsizliyi dəstəkləyir”, “Hökumət orta sahibkarlığı öldürür”, “Böyük biznesin hökuməti” kimi şüarlar yazılan plakatlar tutublar.


mənbə :
Sputnik

Yerevanda etirazlar davam edir