İçeriğe geçmek için "Enter"a basın

Ölkəmizdə daha bir iş adamı həbs edildi

08-08-2015

isadamihebsMingəçevir “İzolit” ASC Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyev həbs olunub. Azadlıq.az xəbər verir ki, bu barədə aznews.az-a açıqlamasında vəkil Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, M.Mehdiyev Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub: “Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılır. O, böyük məbləğdə – təxminən 30 milyon ABŞ dolları kredit götürüb. 17 milyon ABŞ dollarının ödənişini artıq həyata keçirib. 12 milyon 760 min dollar məbləğində kredit borcu qalıb. Təminat kimi o, səhmdar cəmiyyətin binasını, 15 hektar torpaq sahəsi və müəsissənin fəaliyyəti ilə bağlı avadanlıqları girov qoyub. Hansı ki, o avadanlıqlar xarici ölkələrdən gətirilib və qiyməti çox bahadır”.

A.Məmmədov qeyd edir ki, M.Mehdiyev özünü təqsirli hesab etmir: “Çünki başqalarından fərqli olaraq girovu var. Müəsissənin 20 milyon dollar civarında qiyməti var”.

Vəkil qeyd edir ki, hazırda M.Mehdiyevin səhhətində ağır problemlər yaranıb: “Çox ağır xəstədir”.

Qeyd edək ki, M.Mehdiyev əvvəllər enerji sahəsində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsinin İdarə Heyətinin sədri olub.

Ölkəmizdə daha bir iş adamı həbs edildi