[r32]
14 Mart, 2019 23:52 xeber – Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk 3 cavab görüşü keçirilib.
“Report”un məlumatına görə, ən məhsuldar qarşılaşma Ukraynanın paytaxtı Kiyevdə “Dinamo” və İngiltərənin “Çelsi” komandaları arasındakı görüşdə qeydə alınıb.
Londondakı ilk matçda “zadəganlar” 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, yenə müdafiədə oturmayıblar. Əksinə, Mauritsio Sarrinin baş məşqçi olduğu kollektiv bu dəfə “Dinamo”nun qapısından 5 cavabsız top keçirib. Qollardan üçünü 5, 33 və 59-cu dəqiqələrdə Olivye Jiru vurub. Digər qolların müəllifi 45+1-ci dəqiqədə Markos Alonso və 78-ci dəqiqədə 19 yaşlı hücumçu Kallum Hadson-Odoi olub.
“Zaltsburq” Avstriyada İtaliya “Napoli”sinə 3:1 hesabı ilə qalib gəlsə də, mərhələ adlaya bilməyib. Buna Neapoldakı ilk matçda meydan sahiblərinin böyükhesablı qələbəsi səbəb olub – 3:0.
Gecənin sensasiyasını isə Rusiya “Krasnodar”ı gerçəkləşdirməyə yaxın olub. Murad Musayevin rəhbərlik etdiyi kollektiv İspaniyada 1:2 hesabı ilə uduzduğu “Valensiya” ilə cavab görüşünün 85-ci dəqiqəsində Məhəmməd-Şəpi Süleymanovun qolu ilə önə çıxıb. Lakin 90+3-cü dəqiqədə Qonsalo Quedeş bərabərlik qolunu vuraraq, “yarasalar”ı 1/4 finala çıxarıb.
Beləliklə, “Çelsi”, “Napoli” və “Valensiya” 1/4 finala yüksəlib. 1/8 final mərhələsinin qalan 5 cavab oyunu Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
Avropa Liqası
1/8 final, cavab oyunları
14 mart
21:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Çelsi” (İngiltərə) – 0:5
Qollar: Olivye Jiru, 5; 33; 59. Markos Alonso, 45+1. Kallum Hadson-Odoi, 78
İlk oyun – 0:3
21:55. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: Munas Dabbur, 25; Fredrik Qulbrandsen, 65. Kristof Leytgeb, 90+2 – Arkadiuş Milik, 14
İlk oyun – 0:3
21:55. “Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) – 1:1
Qollar: Məhəmməd-Şəpi Süleymanov, 85 – Qonsalo Quedeş, 90+3
İlk oyun – 1:2
mənbə :
Report.az