İçeriğe geçmek için "Enter"a basın

Astarada 5 uşaq anası süni gölməçədə boğulub

15-03-2019

[r32]
Faktla bağlı araşdırma davam etdirilir  Astarada bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, rayonun Artupa kəndində 1984-cü il təvəllüdlü Xəyalə Kazımova təsərrüfat işləri görərkən ehtiyatsızlıqdan boğulub.
Belə ki, mərhum X.Kazımova inəklərini bağladıqdan sonra ayağı kəndirə ilişərək həyətlərində təxminən 3 metr dərinliyində olan süni gölməçəyə düşərək boğulub. Mərhumun meyiti ailə üzvləri tərəfindən sudan çıxarılıb və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Regional Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, X.Kazımova 5 uşaq anası olub.
2019-03-14T23:34 xeber – /strong
mənbə :
Sputnik

Astarada 5 usaq anasi suni golmecede bogulub