İçeriğe geçmek için "Enter"a basın

Ağsuda yük maşını su kanalına aşıb, sürücü ölüb - VİDEO - YENİLƏNİB

14-03-2019

[r32]

14 Mart, 2019  21:31 xeber -***19:31

Ağsu rayonunda yol qəzası baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Agsuda yuk masini su kanalina asib, surucu ölüb – Video